Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsinin "Krasnodar" - "Birkirkara" matçını idarə edib.
Sportal.az xəbər verir ki, qarşılaşma Rusiya klubunun 3 - 1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə (ilk oyun 3 - 0) "Krasnodar" "pley-off"a vəsiqə qazanıb.
Həmyerlimiz bu matçda meydan sahiblərinin bir, qonaqların isə üç futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Əliyar Ağayevə bu matçda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Qarşılaşmanın dördüncü hakimi isə Rauf Cabbarov olub.
saytlarin hazirlanmasi