Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, artıq "səpələnmişlər" və "səpələnməmişlər" səbətlərinin tərkibi məlumdur. "Qarabağ" reytinq sıralamasına görə daha güclü komandaların yer aldığı “səpələnmişlər” səbətində yer alacaq. Ağdam klubunun rəqibi isə “səpələnməmişlər” qrupunda yer alan 22 komandadan biri olacaq. "Qəbələ" isə "səpələnməmişlər" qrupunda qərarlaşıb. "Qırmızı-qaralar"ın rəqibi daha güclü komandalardan biri olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da start götürəcək.
"Qəbələ"nin 6 potensial rəqibi: "Anderlext" (Belçika), "Vest Hem Yunayted" (İngiltərə), "Krasnodar" (Rusiya), "Maribor" (Sloveniya) "Fənərbağça" (Türkiyə), "Panatinaykos" (Yunanıstan)
"Qarabağ"ın 6 potensial rəqibi: "Şkendiya" (Makedoniya), "Başakşəhər" (Türkiyə), "Qöteborq" (İsveç), "Srvena Zvezda" (Serbiya), "Sonderyske" (Danimarka), "Hayduk" Split (Xorvatiya)
saytlarin hazirlanmasi