Movsüm başa çatdıqdan sonra "Qəbələ”dən ayrılan Aleksey Qayın yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını Rusiyada davam etdirəcək.
Ukrayna mətbuatının yaydığı məlumata görə, təcrübəli futbolçu Rusiya I Liqasında mübarizə aparan "Kuban” klubu ilə anlaşıb. Onun yaxın günlərdə Krasnodar təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, Qay 2015/16-cı illərdə "Qəbələ”də çıxış etmişdi. O, mövsüm başa çatdıqdan sonra ailə məsələlərini əsas gətirmiş və təmsilçimizlə yollarını ayırmışdı.
saytlarin hazirlanmasi