“İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Azərbaycan klubu matça çox ciddi hazırlaşmışdı. Onlar mərhələni keçməyi çox arzulayırdılar”.
Sportal.az xəbər verir ki, bu sözlər Fransanın “Lill” komandasının futbolçusu Renato Çivelliyə məxsusdu. “Lill” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda “Qəbələ”yə 1-0 hesabıyla məğlub olub və turnirdə mübarizəni dayandırıb. Ötən gecə baş tutan oyun haqqında Fransa mətbuatına açıqlama verən argentinalı futbolçu “Qəbələ”nin sanki final oyununa çıxdığını vurğulayıb:
“Qəbələ” sanki final oyununu keçirirdi. Biz yaxşı mübarizə apardıq. Amma “Qəbələ” daha istəkli idi. Fikrimcə, “Qəbələ” layiq olduğu qələbəni qazandı”.
Çivelli Avropa Liqasında mübarizəni dayandırdıqları üçün təəssüf hissi keçirdiyini də qeyd edib:
“Təəssüf ki, alınmadı. Avropa Liqasında oynamaq şansımızı itirdik. Artıq çempionat haqqında düşünməliyik və yaxşı hazırlaşmalyıq. “Qəbələ”dən aldığımız məğlubiyyət ciddi zərbədir”.
saytlarin hazirlanmasi