"Lill"in futpolçusu: "Onların qarşısında günahımızı yumaq istəyirik"

13:00 - 5 Avqust 2016

“İnanılmazdı. “Qəbələ”dən aldığımız zərbəni unutmaq çox çətin olacaq.

 

Sportal.az xəbər verir ki, bu sözlər Fransanın “Lill” komandasının futbolçusu Roni Lopesə məxsusdu.

 

“Lill” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda “Qəbələ”nin qonağı olub. Qarşılaşma təmsilçimizin 1-0 hesablı qələbəsiylə başa çatıb və “Qəbələ” iki oyunun nəticəsinə görə pley-off mərhələsinə vəsiqəni təmin edib. Ötən gecə baş tutan oyun haqqında Fransa mətbuatına açıqlama verən portuqaliyalı futbolçu qarşılaşma haqqında fikirlərini belə izah edib:

 

"Oyunda qol imkanlarımız oldu. Amma fərqlənə bilmədik. Rəqib yaxşı futbol oynadı və mərhələ adlamağı bacardı”.

 

Lopes bildirib ki, bundan sonra çempionata yaxşı hazırlaşmalı və yaxşı mübarizə aparmalıdırlar ki, Avropa Liqasındakı uğursuzluğu unutdursunlar:

 

“Artıq çempionata hazırlaşmalıyıq. Başqa şansımız da yoxdur. Azarkeşlərimiz bu məğlubiyyəti unutmayacaqlar. Onlardan üzr istəyirik. Çempionatda yaxşı oynamaq və azarkeşlərimiz qarşısında günahımızı yumaq istəyirik”.

Xəbər xətti