Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Göteborq” klubunun əsası 1904-cü ildə qoyulub. “Göteborq” eyniadlı şəhəri təmsil edir.
Sportal.az xəbər verir ki, “Göteborq” “Malmö” və AİK-lə birgə İsveçin ən böyük 3 klubundan biridir. “Göteborq” 1982 və 1987-ci illərdə UEFA kubokunu (indiki Avropa Liqası) qazanıb. Bu, “Qarabağ”ın rəqibinin ən böyük uğurlarıdır. Bundan əlavə, “Göteborq” 17 dəfə ölkə çempionluğunu qazanıb. İsveç təmsilçisi 12 dəfə isə liqa kubokunu qazanıb.
“Göteborq” ev oyunlarını Göteborq şəhərindəki “Gamla Ullevi” stadionunda keçirir. Arenanın tamaşaçı tutumu 18,416 nəfərdir.
Komanda son İsveç çempionatını 2-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi