"Qalatasaray"dan rəsmi transfer FOTO

17:27 - 5 Avqust 2016

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" heyətini bir hücumçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Kasımpaşa"nın futbolçusu Eren Derdiyoku transfer edib. İsveçrə milli komandasının üzvü ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, türk əsilli futbolçu "Kasımpaşa" forması ilə meydana çıxdığı 31 matçda 12 dəfə fərqlənib. 28 yaşlı forvard İsveçrə milli komandasının heyətində də 50 oyunda 10 dəfə qol vurmağı bacarıb.

 

Xəbər xətti