"Liverpul"un futbolçusu yığma karyerasını başa vurdu

20:03 - 5 Avqust 2016

"Liverpul”un və İngiltərə milli komandasının futbolçusu Ceyms Milner karyerası ilə bağlı mühüm qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu milli karyerasını başa vurub. Milner və İngiltərə millisinin yeni baş məşqçisi Sem Ellardays arasında görüş baş tutub. Ceyms Milner Ellardaysa yığmadan getmək istədiyini bildirib. Təcrübəli mütəxəssis Milnerin qərarına hörmətlə yanaşdığını bildirib və ona klub kryerasında uğurlar arzulayıb.

 
Qeyd edək ki, 2009-cu ildən İngiltərə yığmasında oynayan Milner 61 dəfə millinin formasını geyinib.

Xəbər xətti