Sabah Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək.
Sportal.az xəbər verir ki, "Neftçi" ilk turda AZAL-ın qonağı olacaq. Paytaxt klubu bu oyuna ciddi itkilərlə çıxacaq. Komandanın mərkəz müdafiəçisi Vançe Şikovun 2 aylıq sıradan çıxdığı haqda daha öncə məlumat vermişdik. Komandanın yarımmüdafiəçisi Elşən Abdullayev də zədəlidir. O, müalicəsini davam etdirir.
"Neftçi" AZAL-la qarşılaşmada kapitan Araz Abdullayevin xidmətlərindən istifadə edə bilməyəcək. Abdullayev son məşqdə zədələnib və 1 həftəlik sıradan çıxıb.
Qeyd edək ki, AZAL - "Neftçi" matçı sabah 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi