Növbəti möcvümə hazırlaşan "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qara Dəniz təmsilçisi Serbiyanın "Srvena Zvezda" klubunun futbolçusu Luis İbanezi transfer edib. 28 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Argentinalı futbolçunun transferi üçün Türkiyə klubu qarşı tərəfə 1,4 milyon avro təzminat ödəyib. Təcrübəli cinah müdafiəçisi "Trabzonspor"da ilk ilində 850 min, sonrakı illərdə isə 950 min, 1 milyon 50 min avro qazanacaq.
Qeyd edək ki, 2015/2016-cı ildə Belqrad klubunun heyətində 31 matçta meydana çıxan sol cinah müdafiəçisi 9 dəfə fərqlənməyi bacarıb.
saytlarin hazirlanmasi