İngiltərə Premyer Liqasında mübarizə aparan "Suonsi Siti" klubu hücum xəttini gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sevilya"nın hücumçusu Fernando Llorenteni heyətinə qatıb. 31 yaşlı forvard yeni klubu ilə 2 illlik müqavilə imzalayıb.
Qeyd edək ki, Llorente "Suonsi Siti"də 9 nömrəli formada çıxış edəcək.