Movsüm başa çatdıqdan sonra "Qəbələ”dən ayrılan Aleksey Qayın Rusiya I Divizionunda çıxış edən "Kuban" klubu ilə razılığa gəldiyi barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, ukraynalı futbolçu artıq yeni klubu ilə münasibətləri rəsmiləşdirib. Bu barədə "Kuban"ın rəsmi saytından məlumat verilib. Onunla müqavilə imzalanıb. 34 yaşlı yarımmüdafiəçi yeni klubunda "Qəbələ"də olduğu kimi 19 nömrəli forma ilə çıxış edəcək. Qay, artıq yeni klubunda ilk məşqinə də çıxıb.
Qeyd edək ki, 2015-ci ildən Qəbələdə çıxış edən təcrübəli futbolçu "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 51 matçda 14 dəfə fərqlənib.