Premyer Liqanın 1-ci turu çərçivəsində "Neftçi" səfərdə AZAL-ın qonağı olub.
Sportal.az xəbər verir ki, qarşılaşma "ağ-qaralar"ın 2 - 0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib:
İlk oyudur. Bu, bizim üçün çox vacib idi. Qələbə qazanmaq istəyirdik. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə də oyunu nəzarətimizdə saxlamağı bacardıq.
- "Neftçi"nin hədəfi nədir?
- Əsas hədəfimiz medal qazanmaqdır.
- Rəqibin qolu qeydə alınmadı? Orda qayda pozuntusu var idi?
- Top dirəkdən döndü. Məncə, qayda pozuntusu var idi.