Təbriz klublarından bir məğlubiyyət, bir heç-heçə

00:14 - 7 Avqust 2016

Futbol üzrə İran çempionatında 3-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün Təbrizin 3 təmsilçisindən 2-si - “Qostareş Fulad” və “Maşınsazi” meydana çıxıb.

 

“Qostareş Fulad” evdə “Persepolis”ə 0:1 hesabıyla uduzub. “Manşınsazi” isə mövsümdə 3-cü oyununda da meydanı məğlub olmadan tərk edib. “Yaşıl-ağlar” səfərdə “Saba Qom”la 1 - 1 hesablı heç-heçə edib.

 

Bu oyunlardan sonra hesabında 2 xal olan “Qostareş Fulad” 14-cü, 5 xala malik “Maşınsazi” isə 3-cü pillədə qərarlaşıb.

 

Təbrizin digər təmsilçisi “Traktorsazi” isə sabah meydana çıxacaq. “Qırmızı qurdlar” evdə “Peykan”la qarşılaşacaq.

Xəbər xətti