"Mançester Siti" növbəti trasnferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, "şəhərlilər" Kolumbiyanın "Atletiko Nasional" klubundan Marlos Morenonu transfer edib.
19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid "Mançester Siti"yə 4,7 milyon funt-sterlinqə başa gəlib.
Ancaq Moreno yeni mövsümdə İngiltərə klubunda çıxış etməyəcək. Belə ki, gənc forvard, İspaniyanın "Deportivo" klubuna icarəyə verilib.