Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatına start verilib.
Sportal.az xəbər verir ki, "Kəpəz"in əvəzedici komandası yeni mövsümdə ilk oyununu sabah keçirəcək.
"Sarı-göylər" Qəbələdə eyniadlı komanda ilə qarşılaşacaq. Çempionata Gəncə və Samuxda hazırlaşan Azər Məmmədovun komandası 5 həftəlik təlim-məşq toplanışı və yoxlama oyunları keçirib. Əvəzedici heyətdə bir xeyli dəyişiklik olub. Belə ki, kollektivə 10 yeni futbolçu qoşulub. Dəyişməz olan isə məqsəddir - əsas komanda üçün oyunçu yetişdirmək.
Əvəzedici komandanın baş məşqçisi Azər Məmmədov klub saytına açıqlamasında mövsümün startı ilə bağlı bunları deyib: "Hər bir klub kimi, bizim də istəyimiz nəticənin yaxşı olmasıdır. Amma ən əsası uşaqların yaxşı oynayıb özünü göstərməsi və əsas komandaya dəvət almasıdır. Çempionat 28 oyundan ibarətdir. Bu qədər oyun sayı onların özünü sübut edə bilməsi üçün kifayətdir. Çempionatın başlaması təbii ki, sevindiricidir. İlk turda "Qəbələ" ilə qarşılaşacağıq. Rəqib komplektləşmiş, güclü komandadır. Amma Gəncədə həmişə futbol olub və biz onlara qalib gələ bilərik. Ümumiyyətlə, çempionatda ən yaxşı komandalardan biri olmaq istəyirik. Uşaqlara inanıram və ümid edirəm ki, belə də olacaq".
saytlarin hazirlanmasi