Çox xoşbəxtəm, çünki debüt oyunumda komandam qələbə qazandı. İlk oyunum üçün yaxşı nəticə oldu”.
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Katalin Tire deyib.
Bu gün yeni mövsümün start oyununda debüt etmək imkanı qazanan rumıniyalı hücumçu 76-cı dəqiqədə Fəhmin Muradbəylinin əvəzinə meydana daxil olub. Gənc forvard qaçırdığı qol epizodu haqda danışıb: “15 dəqiqə meydanda oldum. Bir epizodda qol vurmaq şansım oldu, alınmadı. Futbolda qaçırılan epizodlar da olur. Amma növbəti belə şansları dəyərləndirməyə çalışacam”.
“Komandaya yeni qoşulmusunuz. Özünüzü necə hiss edirsiniz”, sualına futbolçu belə cavab verib: “Adaptasiya olmuşam, yenə də çox məşq etməliyəm. Bura gəlməmişdən əvvəl uzun müddət idi oynamırdım. Qarşıdakı oyunlara 100 faiz hazır olacağımı düşünürəm”.
saytlarin hazirlanmasi