"Bursaspor"un futbolçusu ərəb klubunda

17:13 - 7 Avqust 2016

"Bursaspor" aparıcı futbolçularından olan Balaz Dzudzakı satıb.

 

Sportal.az xəbər verir ki, macar futbolçu Birləşmiş Ərəb Əmirliklərinin "ƏI Vəhdə" klubuna transfer olub. Bu barədə ərəb klubunun rəsmi saytından məlumat verilib. 29 yaşlı hücumçunun transferi üçün "Əl Vəhdə" Türkiyə klubuna 3 milyon avro ödəyəcək. Təcrübəli forvard tibbi müayinəədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Dzudzak 2015-ci ildən "Bursaspor"da çıxış edirdi. O, "timsahlar"ın heyətində meydana çıxdığı 23 matçda 3 dəfə fərqlənib.

Xəbər xətti