Futbol üzrə İran Pro Liqasında 3-cü turun qarşılaşmaları keçirilib.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu doğma meydanda "Peykan"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu matçda rəqibini 3 - 1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 3 turdan sonra aktivində 5 xal olan "Traktor Sazi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
"Traktor Sazi" - "Peykan" 3:1
QOLLAR: Lusiano Eder, 23, Məsud İbrahimzadə, 27, Kərrar Casmim, 52 - Əmir Hüseyn Sadiqi, 29
saytlarin hazirlanmasi