"Kəpəz" starta hazırdı

00:33 - 8 Avqust 2016

Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda sabah Bakıda “Qəbələ” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı matçın hazırlığını bu gün başa vurub.

 

Sportal.az xəbər verir ki, oyunun keçiriləcəyi “Dalğa Arena”da reallaşan sonuncu məşq 45 dəqiqə davam edib.  

 

Oyun öncəsi olduğundan hazırlıq prosesi yüngül xarakter daşıyıb. Toplu hərəkətlərlə başlayan məşq “kvadrat”la davam edib. Daha sonra taktiki hazırlıq üzərində işləyən futbolçular fərdi çalışmalarla məşqi yekunlaşdırıblar.

 

Sonda qeyd edək ki, komandanın heyətində zədəli futbolçu yoxdur.

Xəbər xətti