Şahin Diniyev: "Futbolçuların xaraketerindən narazıyam"

21:31 - 8 Avqust 2016

 "Oyunu yaxşı gördünüz. Məni narahat edən yalnız qalib ruhunun olmamasıdır. Komanda uduzanda heç kim tələsmirsə, problem budur".
 
Sportal.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

Baş məşqçi Premyer Liqanın ilk turunda "Qəbələ" ilə keçirilmiş oyun haqda bunları bildirib:
 
"Oyuna görə komandaya təşəkkür edirəm. Fikrimcə yaxşı oynadır. Müdafiə komanda hücum olunanda qurulur. Biz də hücum quranda müdafiə oluna bilmirdik. Çempionat yeni başlayır. Belə oynasaq, hər oyun artırsaq, yaxşı olacaq. Oyun üstünlüyü bizdə idi. Sadəcə futbolçuların ustalıq səviyyəsi qol vurmağa imkan vermədi. Bir neçə imkanı əldən verdik. Futbolçuların xaraketerindən narazıyam. Oyunda dönüş etməmək, aqressivliyin olmaması, bunlardan razı deyiləm. Fikrimcə "Qəbələ"dən heç də zəif oyun göstərmədik. Bu gün biz Dmitri Bezotosnını məşq etdirdik. Bütün toplar üzərinə gedirdi. 8 komandalıq çempionatda avrokuboklara düşmək üçün deyərdim ki, bu heyət yetərlidir".

Xəbər xətti