"Qarabağ"ın rəqibi autsayderə uduzdu

00:55 - 9 Avqust 2016

İsveç çempionatında 17-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Göteborq" səfərdə turnir cədvəlində son pillələrdə qərarlaşmış "Dyurqardens"lə qarşılaşıb.

 

Görüş "köhlən atlar"ın rəqibinin 1:3 hesablı məğlubiyyətiylə nəticələnib.

 

Hazırda hesabında 29 xal olan "Göteborq" 4-cü pillədə qərarlaşıb. 1-ci pillədəki "Nörçepinq"dən 8 xal geri qalan "Göteborq" rəqibləriylə müqayisədə 1 oyun az keçirib.

 

"Qarabağ" və "Göteborq" arasında ilk oyun avqustun 18-də İsveçdə, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti