Azərbaycan Premyer Liqasına qələbə ilə başlayan "Sumqayıt" 2-ci turda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri axşam "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfşin İsmailzadə tam sağalaraq artıq kollektivə qoşulub. Mikayıl Rəhimov, Bəxtiyar Həsənalızadə və Maqomed Kurbanov isə zədəli olduğu üçün məşqlərə qatılmayıb.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunun başlama saatı da artıq müəyyənləşib. Avqustun 11-də "Kapital Bank Arena"da baş tutacaq görüş saat 19:00-da başlayacaq. Bu komandaların əvəzediciləri isə bir gün əvvəl saat 17:00-da üz-üzə gələcək.
saytlarin hazirlanmasi