Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ” ilə keçirilən səfər oyunundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri bu gün məşqləri bərpa edəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki komanda çempionatın II turunda qarşılaşacağı AZAL-la oyunun hazırlığını Bakıda keçirəcək.
Bu günə təyin olunan məşq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.
saytlarin hazirlanmasi