"Real"ın sabiq futbolçusu Danimarka klubu ilə müqavilə imzaladı

18:44 - 10 Avqust 2016

Hollandiya millisinin sabiq üzvü Rafael van der Vaartın yeni komandasının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, son mövsümü "Real Betis"də keçirən yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək. 33 yaşlı futbolçu "Midtyulland"la 1 illik müqavilə imzalayıb. 

 
Qeyd edək ki, Van der Vaart karyerası ərzində "Ayaks", "Hamburq", "Real" və "Tottenhem" kimi komandalarda oynayıb. 

 

Xəbər xətti