Rio-2016-da cüdo yarışları davam edir.
Sportal.az xəbər verir ki, zərbaycanlı idmançı Məmmədəli Mehdiyev bu gün ilk görüşünə çıxıb. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Denis Kirillə (Rusiya) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.
Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub.
M.Mehdiyev 1/4 finalda Donqan Qvak (Koreya) ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib.
İdmançımız təsəlliverici görüşdə Otqonbaatar Lxaqvasuren (Monqolustan) olub. Rəqibinə yuka xalı ilə uduzan Mehdiyev medalsız qalıb.