"Mançester Siti"dən ayrılan Martin Demiçelisin yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi İspaniyanın "Espanyol" klubu ilə anlaşıb. Argentinalı futbolçu, La Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Demiçelis son 3 mövsümü "Mançester Siti"də keçirib. Təcrübəli futbolçu karyerası ərzində "Mançester Siti"ylə yanaşı, "Bavariya", "Malaqa" kimi klubların da şərəfini qoruyub.
saytlarin hazirlanmasi