Ramil Şeydayevin komandası hücumçu transfer etdi

13:57 - 11 Avqust 2016

Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor” klubu hücum xəttini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Trabzon təmsilçisi Portuqaliyanın "Portu" klubunun cənubi koreyalı futbolçusu Suk Hyun-Yunu rənglərinə bağlayıb. 25 yaşlı forvard icarə əsasında "Trabzonspor”da çıxış edəcək.

 

O, yeni mövsümün sonuna qədər Türkiyə klubunun uğurları üçün çalışacaq.

 

Xəbər xətti