Samir Abasov: "Kamran həmin hərəkətləri bizim məşqimizdə edə bilməz" MÜSAHİBƏ

21:43 - 11 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunun açılış matçında "Sumqayıt” və "Qarabağ” komandaları üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Ağdam klubunun 2-0 hesablı qələbəsiylə başa çatıb. 
 

Oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib: "İsətədiyimiz kimi oynamadıq. Oyuna yaxşı başlamadıq və sona qədər belə mübarizə apardıq. Bəlkə də, futbolçular "Qarabağ”ın adına görə belə oynadılar. Meydançada yalnız "Qarabağ” adlı komanda var idi. Hələ ikinci turdu və məğlubiyyəti fəlakət adlandırmaq olmaz”. 
 

- Bu gün Vaqif Cavadov meydanda ən pislərdən biri idi. Niyə Vaqifi əvəzləmədiniz?
- Vaqif doğrudan da, çox zəif oynadı. Ümumiyyətlə, "Sumqayıt” olaraq zəif oynadıq. Vaqif meydançada ən zəiflərdən biri idi. Vaqifi kənara qoyaq, "Sumqayıt” olaraq görəcək işlərimiz var. 
 
- Komandanın mərkəz xəttində bolşluq var...
- Legioner qadağasından sonra planlarımız dəyişdi. Ona görə də, yarımmüdafiə xəttində boşluqlarımız var. Ümid edirəm ki, daha yaxşı olmağa çalışacağıq. 
 
- Kamran Ağayevin "Sumqayıt”da intizamsızlıq etməsindən narazı deyilsiniz?
- Kamranla futbol da oynamışam. Ondan heç vaxt pislik görməmişəm. İnanıram ki, Kamran bizim komandamızda əvvəlki formasını qaytara biləcək.
 
- Bilirik ki, Kamran Ağayev meyxana deməyə çox meyillidir. Belə bir xəbər çıxıb ki, onun meyxana deməyinə qadağa qoymusunuz?
- Kamran həmin hərəkətləri bizim məşqimizdə edə bilməz. Ola bilər ki, şəxsi həyatında bu işlərlə məşğuldu və biz onun həyatına qarşıa bilmərik. Amma belə xəbərlərin hardan və necə çıxdığını deyə bilmərəm.

Xəbər xətti