"Sumqayıt"ın futbolçusu: "Əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır"

12:58 - 12 Avqust 2016

"Bu oyunumuz alınmadı. İlk turda daha yaxşı oynamışdıq və qələbə qazanmışdıq. "Qarabağ"dan 1 xal alsaydıq, yaxşı nəticə olardı".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt" - "Qarabağ" matçından sonra "kimyaçılar"ın gənc yarımmüdafiəçisi Xəyal Nəcəfov söyləyib.

 

O, komandanın oyundan-oyuna inkişaf edəcəyinə inandığını bildirib:

 

"Çempionat yeni başlayıb. Bizi uzun marafon gözləyir. Əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Bunun üçün bütün oyunlarda yaxşı çıxış etməliyik".

Xəbər xətti