Azərbaycan Premyer Liqasının yeni mövsümündə sabah “Kəpəz” Gəncədə ilk oyununu keçirəcək. “Sarı-göylər” şəhər stadionunda AZAL-ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçusu Şəhriyar Rəhimov klubun saytına açıqlamasında azarkeşləri komandaya dəstək olmağa çağırıb:
“Əvvəlcə onu deyim ki, Gəncədə azarkeşlərimiz önündə oynamaq üçün çox darıxmışıq. Sonuncu dəfə evdə may ayında onların qarşısında çıxış etmişik. Çalışaçağıq ki, fanatlarımızı yenə qələbələrlə sevindirək. Xüsusən də AZAL-la matçda ilk qələbəmizi qazanmaq istəyirik. Çünki yeni mövsümdə doğma meydanda birinci oyunumuzdu. Azarkeşlərə söz veririk ki, əlimizdən gələni edib, qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq. Bu yolda onlar da bizə dəstək verməlidirlər. Azarkeşlər bizim 12-ci oyunçumuz hesab olunurlar. İnanıram ki, ötən mövsüm necə yanımızda idilərsə, indi yenə bizə o cür dayaq olacaqlar”.
saytlarin hazirlanmasi