Gəncənin “Kəpəz” klubu stadionunda təmir işlərini yarımçıq yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, stadionun vəziyyəti yenə də ürəkaçan deyil. Tribunada bir neçə sektorda oturacaqlar quraşdırılıb. Lakin digər sektorlara əl gəzdirilməyib. Bundan əlavə, komandaların ehtiyat oyunçular skamyaları da bərbad gündədir. Stadionda işıqlandırma sistemi də işləmir. Gəncəli azarkeşlər stadionun təmir olunmasını tələb etsələr də, onların xahişi yerinə yetirilməyib.
Stadionda jurnalistlərin işləməsi üçün media sektoru quraşdırılıb və internetlə təmin ediliblər.
saytlarin hazirlanmasi