Şahin Diniyev: "Ölüm hadisəsi də ola bilərdi" MÜSAHİBƏ

20:00 - 13 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunda Gəncədə "Kəpəz" və AZAL komandaları üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb. 
 
Oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib: 
 
"Birinci hissədə meydançada futbol yox idi. İkinci hissədə futbol adına nəsə göstərə bildik. Avropa Liqasının oyunlarından sonra çempöionat oyunlarına köklənməkdə çətinlik çəkirik. Bu gün 90 yox, 45 dəqiqə futbol oynadıq. AZAL-ı təbrik edirəm. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionat yeni başlayıb və inanıram ki, gələcək oyunlarda daha yaxşı oynamağı bacaracağıq. Azarkeşlərimizə görə üzülürəm. Gələcək oyunlarda onlara qələbə qazanacağımıza söz verirəm”.
 

- Projektor olmadığı üçün oyunları günorta keçirirsiniz. Bu məsələ həll edənə kimi yenidən Bakıya köçməyiniz olarmı?
- Bu oyun 18:00-da təşkil edilsəydi, yaxşı olardı. Amma bu, bizim səlahiyətimizdə deyil. Gəncə bizim evimizdi, burada oynamaq bizim üçün daha rahatdı. Burada hər şəraitdə oynamalıyıq. Düzdü, hava çox isti idi. Bu havada ölüm hadisəsi ola bilərdi.  
 
- Hakimlikdən narazı deyilsiniz?
- Bu barədə danışmaq istəmirəm. Birinci və ikinci hssisə arasında çox fərq var idi. Yenə deyirəm, yaxşı oyun oynamamağımızın səbəbi hava şəraiti ilə bağlıdı. 
 
- Ebah son zamanlar özündə deyil. Onun nəsə problemi yoxdur?
- Bəli, mən sizinlə razıyam. Ebah son zamanlar özündə deyil. Bunun səbəbi psixolojiproblemlə bağlıdı. Ebaha bir qol lazımdır. O, bir qol vursa, özünə gələcək və ötən mövsümdəki kimi çıxış etməyə davam edəcək.

Xəbər xətti