Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz"in futbolçusu Serjinyo oyundan sonra Sportal.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına açıqlama verib:
"Hava çox isti idi. İlk hissədə hər iki komanda çətinlik çəkdi. İkinci hissədə isə oyun gərgin keçdi. Qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Bu hesab bizi qane etmir. Çempionat yeni başlayıb və bizi uzun marafon gözləyir. Heyətimizin oturuşması lazımdır. Biz güclü komandayıq".
saytlarin hazirlanmasi