Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz" 0:0 hesablı heç-heçəyə razılaşıb.
Matçdan sonra Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev Sportal.az-ın əməkdaşına müsahibə verib:
- Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdı.
- Oyunda son nöqtəni qoya bilmirdik. Yaxşı hazırlaşmışdıq. Şanslarımız çox oldu. Hava çox isti idi. İstiyə görə mübarizə aparmaqda çətinlik çəkirdik. Bunu bəhanə gətirmək üçün demirəm.
- 2 oyuna 1 xal toplamısız. Mövsümə uğursuz başladğınızı söyləmək olar?
- Ötən mövsümdə də belə olmuşdu. 3 oyuna cəmi 2 xal toplamışdıq. Komandaya yeni gələn futbolçular var. Onların uyğunlaşması üçün zaman lazımdır. Yavaş-yavaş hər şey düzələcək. “İnter”lə oyunda qalib gələrək azarkeşlərimizi sevidnirməyə çalışacağıq.
- Bu mövsüm komandanın qarşısına nə hədəflər qoyulub?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.
- Komanda yoldaşların hakimin təyin etmədiyi penalti epizodu barədə səhvə yol verdiyini bildirdilər…
- Hakimin qərarına hörmətlə yanaşmaq lazımdır. Əliyar Ağayev epizoda daha yaxın idi.
- AZAL Gəncəyə 1 xal üçün gəlmişdi?
- Görünür belədir. Biz 2 xal itirdik. Onlar üçün bu nəticə yaxşı sayılmalıdır. Çünki qonaq komandadır.
saytlarin hazirlanmasi