"Kəpəz"də daha güclü Nicatı görəcəksiniz" MÜSAHİBƏ

15:31 - 14 Avqust 2016

 

Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz" 0:0 hesablı heç-heçəyə razılaşıb.

 

Matçdan sonra Gəncə klubunun futbolçusu Nicat Qurbanov Sportal.az-ın əməkdaşına müsahibə verib:

 

- 1 xalı necə dəyərləndirirsən?

- Qələbə qazanmaq istəyirdik. Çünki Gəncədə ilk oyunumuz idi. Əlimizdən gələni etdik. Azarkeşlərimiz bizdən qol gözləsələr də, vura bilmədik. Növbəti oyunlarda daha yaxşı oynayacağıq.

 

- Səncə, qol vurmaq üçün nə çatmırdı?

- Son nöqtəni qoya bilmirdik. Bir qol çatmadı ki, qələbə qazanaq. Oyunun gözəlliyi qoldur. Əgər 2 oyunda qol vura bilmiriksə, deməli çatışmayan cəhətlərimiz var və biz bunu aradan qaldırmalıyıq.

 

- Komanda yoldaşların hakimin təyin etmədiyi penalti epizodu barədə səhvə yol verdiyini bildirdilər…

- Məncə, o epizodda Darionu yıxmışdılar. Fikrimcə, penalti var idi. Amma hakimin qərarına hörmət etməliyik. Əliyar Ağayev ölkəmizin perspektili referilərindəndir.

 

- “Zirə”dəki Nicatı görə bilmirik...

- “Zirə”dəki çıxışımdan da yaxşı oynayacam. “Kəpəz”də daha güclü Nicatı görəcəksiniz.

Xəbər xətti