Adil Şükürov: "Futbolçuların üzərində əlavə təzyiq var" MÜSAHİBƏ

22:22 - 14 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunda "Əlincə Arena”da "Neftçi” və "Zirə” komandaları münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma "Zirə”nin 1-0 hesablı qələbəsiylə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qalib komandanın baş məşqçisi Adil Şükürov fikirlərini bildirib:

 

"Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər. "Neftçi”nin əvvəlki oyunlarına baxmışdım. Sürətli oyunçuları var. Buna uyğun hazırlaşmışdıq.
 
- Klub prezidenti Vüqar Astanov komandadan gedən kimi İqbekoye geri qayıtdı. Viktorun qayıdışının prezidentin gedişiylə əlaqəsi yoxdu?
- Viktor klubsuz qalmışdı. Bizdən xahiş etdi ki, komandada çıxış etsin. Biz də razılaşdıq. Onun oyununa bələd idik və komandamıza geri qaytardıq. Viktorla müqavilə Vüqar Astanov komandamıza olarkən bağlanmışdı. Onun qayıdışının Vüqar müəllimin gedişi ilə heç bir əlaqəsi yoxdur.
 
- Bu qələbəni bəxtlə əlaqələndirmək olar?
- Bu komandanın öz oyununu tapmaq üçün vaxta ehtiyac var.
 
- Komanda keçən turda uduzanda vaxtı uzatmırdı. Bu oyunda isə futbolçularınız bir neçə dəfə yerə uzanaraq, vaxtı uzadırdı. Buan səbəb nə idi?
- Bu, futboldu. Futbolçuların üzərində əlavə təzyiq var. Bunu təzyiqlə əlaqələndirmək olar.
 
- Komanda əsasən asmalarla oynayır. Ancaq hücum xəttində çıxış edən Nurlan Novruzun boyu kiçik olduğundan bu asmalardan istifadə edə bilmir...
- Transfer çalışmalarını davam etdirirk. Ola bilsin ki, komandaya yeni hücumçu gəlsin.

 

Xəbər xətti