I turda məğlub olan “Kəpəz”in əvəzedici heyəti dünən çempionatda ilk qələbəsini qazandı.
Sportal.az xəbər verir ki, "Sarı-göylər" AZAL-a doğma divarlar arasında minimal hesabla qalib gəldi.
Komandanın baş məşqçisi Azər Məmmədov oyunla bağlı klubun rəsmi saytına açıqlama verib: "Əlbəttə, ilk qələbə çox şirin gəlir. Əvəzedici komanda olaraq Gəncədə ilk qələbəmizi qazandığımıza görə sevincliyik. Çünki ötən mövsüm əksər ev oyunlarımızı Yevlaxda keçirmiş, Nizami yurdunda oynadığımız matçlarda isə uğur əldə edə bilməmişdik. Bu gün oyuna azsaylı olsa da, azarkeşlər də gəlmişdi. Onlara dəstəyə görə minnətdarıq. İlk turda məğlubiyyətlə üzləşdiyimizdən bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi. Uşaqlar yaxşı başa düşürdülər ki, qələbə komandanı növbəti oyunlar üçün motivasiya edəcək. İsti havada futbolçular iki dəfə artıq güc sərf etdilər, onlara təşəkkür edirəm. Oyunçular verdiyimiz tapşırıqları yerinə yetirdilər, məşqçilərin istədiyi oyunu ortaya qoydular”.
saytlarin hazirlanmasi