"Qəbələ" - "Maribor": Mətbuat konfranslarının vaxtı məlumdur

16:16 - 16 Avqust 2016

Avqustun 18-i UEFA Avropa Liqasının "play-off" mərhələsinin ilk oyununda “Qəbələ” Sloveniyanın “Maribor” komandasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq “Qəbələ” – “Maribor” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - avqustun 17-də saat 19:30-da arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Maribor”un baş məşqçisi Darko Milaniç çıxacaq.

 

20:30-da isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq. Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq.

 

“Maribor” saat 20:00-da "Dalğa Arena"da, “Qəbələ” isə 18:30-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.

 

Qeyd: Akkreditasiyadan keçmiş media nümayəndələrinin "Dalğa Arena"ya çatdırılması üçün klub tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da Gənclik metrostansiyasından yola çıxacaq.

Xəbər xətti