İngiltərə Premyer Liqasının ilk turunda "Everton”la matçda zədələnən "Tottenhem”in qapıçısı Huqo Llorisinin son durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibi bir müddət yaşıl meydanlara çıxa bilməyəcək. Bu barədə məlumatı Hotspur təmsilçisinin rəsmi saytı yayıb. Məlumata görə, 29 yaşlı qolkiper bu gün tibbi müayinədən keçib. Tibbi müayinənin nəticəsinə görə, Fransa millisinin üzvünün bir aylıq sıradan çıxdığı bəlli olub.
saytlarin hazirlanmasi