"Qarabağ"la matç öncəsi "Göteborq"da ciddi itki

17:19 - 17 Avqust 2016

Avropa Liqasının "pley-off"mərhələsində "Qarabağ"la qarşılaşacaq "Göteborq"un heyətində ciddi itki baş verib.

 

Sportal.az İsveç mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Soren Riks zədələnib. Danimarkalı futbolçu komandanın səhər məşqi zamanıdizindən zədə alıb. Təcrübəli yarımmüdafiəçi məşqi tərk etməli olub. 29 yaşlı futbolçunun "Qarabağ"la matçı buraxmaq ehtimalı böyükdü.

 

Qeyd edək ki, "Göteborq" - "Qarabağ" matçı sabah saat 21:00-da start götürəcək.

Xəbər xətti