Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” sabah Saloveniyanın "Maribor” komandasını qonaq edəcək.
Sportal.az xəbər verir ki, oyundan bir gün öncə qonaq komandanın baş məşqçisi Darko Milaniçin mətbuat konfransı baş tutub.
- Bakıya hansı nəticəni əldə etmək üçün gəlmisiniz?
- Bizim məqsədimiz elə bir nəticə əldə etməkdi ki, sonda "Maribor”mərhələ adlasın. Ən azından Bakıda bir qol vurmaq istəyirik. Rəqibimiz tanıyırıq və düşünürük ki, "Qəbələ” təsadüf nəticəsində bu yerə gəlib çıxmayıb.
- "Qəbələ” "Lilli”I məğlub etməsəydi, fərqli ölkədə və daha güclü komandaya qarşı oynayacaqdınız. "Lill”I keçdiyinə görə "Qəbələ”yə təşəkkür düşürmü?
- Belə düşünmürəm. Hər bir rəqibə qarşı ideal vəziyyətdə hazırlaşmaq lazımdır. Biz "Qəbələ”ni məğlub etmək üçün yollar axtarırıq. Düşünürəm ki, "Qəbələ”ni keçmək olar.
- Bir neçə gün öncə komandanızın rəsmisi Zlatko Zahoviç Bakıya gəlmişdi və verdiyi müsahibədə "Qəbələ”nin liderinin Filip Ozobiç olduğunu söyləmişdi. Bu fikirlə razısınızmı?
- Bu Zahoviçin fikridir. "Qəbələ”nin heyətində kifayət qədər təcrübəli futbolçu var. Bizim əsas işimiz "Qəbələ”nin hücumçularının qarşısını almaqdır.
- Heyətdə zədəli futbolçunuz var?
- Xeyr. Bir oyunçumuz cəza səbəbindən sabahkı matçda iştirak etməyəcək.
- Dediniz ki, əsas məqsədimiz "Qəbələ”nin hücumçularının qarşısını almaqdır. Belə çıxır ki, sabah müdafiə futbolu oynayacaqsınız…
- Bu, bizim müdafiədən oynayacağımız demək deyil. Bütün fikrimizi rəqibin oyununa yönəldəcəyik. Biz rəqibi meydanda idarə etmək üçün öz strategiyamızı müəyyənləşdirməliyik. Biz Bakıya müdafiə olunmmaq üçün gəlməmişik. Biz hücum futbolu oynamağı sevən komandayıq. Lazım gəlsə,müdafiyəmeyilli futbol oynayacağıq.
- Püşkatmadan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Fənərbaxça" ilə qarşılaşmaq istədiyini bildirmişdi. Ukraynalı mütəxəssisin belə iddialı olması sizi qorxutmur?
- Xeyr, Qriqorçukun fikri məni maraqlandırmır.