"Maribor"un futbolçusu: "Qəbələ”yə qarşı oynamaq olar"

00:18 - 18 Avqust 2016

"Bu oyun bizim üçün çox önəmlidi. Əlimizdən gələni edəcək ki, ölkəmizə sərfəli nəticə ilə qayıdaq.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Maribor”un müdafiəçisi Rodriqo Defendi deyib. 
 
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah "Qəbələ”nin qonağı olacaq Sloveniya təmsilçisi bu gün son məşqinə çıxıb. 
 
Məşq öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran braziliyalı futbolçu səfərdə sərfəli nəticə qazanmağı düşündüklərini bildirib: "Avropa Liqasında asan oyun yoxdur. Yüksək səviyyəli turnirdə çıxış edirik. Özümüzü yaxşı tərəfdən göstərməliyik. Rəqibin oyununu izləmişik və inanıram ki, "Qəbələ”yə qarşı oynamaq olar. İsti hava bizə təsir etməyəcək. Sloveniya ilə Azərbaycanın havası eynidir. İnanmıram ki, bu, bizə problem yaratsın”. 
 
Qeyd edək ki, sabah "Dalğa Arena”da keçiriləcək "Qəbələ” – "Maribor” görüşü saat 21:00-da başlayacaq.

Xəbər xətti