"Bir neçə il əvvəl Azərbaycan klublarını asanlıqla mübarizədən kənarlaşdırmaq olurdu"

14:14 - 18 Avqust 2016

İsveçin "Göteborq" klubunun kapitanı Mattias Byarsmyur Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun barədə fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bunları qeyd edib:


“Bizim üçün bu oyun çox vacibdir. Bizə azarkeşlərin böyük dəstəyi lazımdır. Biz 90 dəqiqə layiqli mübarizə aparmalıyıq, tər tökməliyik. Bir neçə il əvvəl Azərbaycan klublarını asanlıqla mübarizədən kənarlaşdırmaq olurdu. Amma hazırda Avropada futbol belə deyil. “Qarabağ”ın heyətində ispaniyalı, braziliyalı və ötən günlərdə transfer edilən Dino Ndlovu var”. 

 

İsveç millisinin üzvü cütün taleyinin iki oyunun nəticəsinə görə müəyyənləşəcəyini açıqlayıb:

 

“Göteborq” 1997/98 mövsümündən bəri hələ də avrokubokların qrup mərhələsində iştirak etməyib. Bu uğursuzluğa son qoymaq niyyətindəyik. Nə etmək istəfiyimizi çox yaxşı bilirik. Bizi qrup mərhələsindən cəmi iki oyun ayırır və çalışacağıq ki, sonda sevinən tərəf olaq".

Xəbər xətti