Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutmalı olan "Qəbələ" - "Sumqayıt" oyunu məlum səbəblərdən təxirə salınıb.
Sportal.az xəbər verir ki, bu səbəbdən "Sumqayıt" yaranmış fasilədən maksimum yararlanmağa çalışır. Belə ki, "kimyaçılar" avqustun 19-da 2 yoxlama oyunu keçirəcək. Komanda səhər saat 10:30-da "Şahdağ", 18:30-da isə "Səbail" klubu ili qüvvəsini sınayacaq.
Hər iki qarşılaşma "Kapital Bank Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi