Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə 1:3 hesabı ilə uduzan Sloveniya “Maribor”unun yarımmüdafiəçisi Damjan Bohar oyun haqqında danışıb.
Sportal.az xəbər verir ki, futbolçu Mariborda keçiriləcək cavab matçında qələbə qazanmağa nail olacaqlarını bildirib:
“Mən bu məğlubiyyətdən sonra çox sakitəm. Çünki Mariborda başqa tarix yazılacağını düşünürəm. Biz azarkeşlərimizin köməyindən və doğma meydan amilindən istifadə edib bu matçı çevirə bilərik. Düzdür, həddən artıq çətin olacaq. “Qəbələ” güclü komandadır”.
saytlarin hazirlanmasi