"Fasilədən sonra oyunun ritmini itirdik"

15:40 - 19 Avqust 2016

"Maribor" klubunun futbolçusu Markos Tavareş Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Qəbələ" - "Maribor" (3:1) matçından sonra jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu növbəti mərhələyə yüksəlmək üçün şanslarının olduğunu bildirib:

 

“Səfərdə qol vurmaq vacib idi və bunu bacardıq. Fasilədən sonra oyunun ritmini itirdik. Ardıcıl vurulan 2 qol bizi sanki ruhdan saldı. Nəticə faciəvi deyil. Şanslarımız var. Bakıda vurduğumu qol işimi asanlaşdıra bilər. Məqsədimiz qrup mərhələsinə vəsiəqə qazanmaqdır. Şanslarımız var”.

Xəbər xətti