Vəli Qasımov: "Hər kəsdən üzr istəyirəm"

22:46 - 21 Avqust 2016

Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ” "Neftçi”ni qəbul edib. Oyun Ağdam klubunun 3-0 hesablı qələbəsiylə başa çatıb.

 


Sportal.az xəbər verir ki, "Neftçi”nin baş məşqçisi Vəli Qasımov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

 

“Qarabağ” çox üstün futbol oynadı. Zədəli futbolçularımızın olması bizə problem yaratdı. Deyərdim ki, komanda öz oyununda çox zəif futbol oynadı. Belə oyuna görə, futbolçular cəzalandırılacaq. Böyükhesablı məğlubiyyətə görə, hər kəsdən üzr istəyirəm”.

 

Xəbər xətti