Xəbər verdiyimiz kimi Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Göteborq" matçının hakimi rusiyalı FİFA referisi Vladislav Bezborodov olacaq.
Sportal.az xəbər verir ki, 43 yaşlı referi futbol karyerasını bitirdikdən sonra hakimliyə başlayıb. O, 1991-ci ildə “Zenit”in heyətində “Neftçi”yə qarşı oynayıb və 0:1 hesabı ilə məğlub olub. Bezborodov “Zenit”də cəmi 5 oyun keçirib. Klub karyerası uğurlu alınmayan referi karyerasını bitirərək ABŞ-a yollanıb. 1998-ci ildə ölkəsinə qayıdan Bezbodov karyerasını yenidən bərpa edib. Bir neçə klubda çıxış etdikdən sonra karyerasını başa vurub. O, 2001-ci ildən etibarən hakimlik etməyə başlayıb. Bezborodov 2007-ci ildə rusiya Premyer Liqasında debüt edib.
Bezborodov 2009-cu ildə beynəlxalq arenada debüt edib. 2009-cu ildə “Birlik kuboku”nun qalibi olan Bakı “İnter”inin 2 görüşünü məhz Bezborodov idarə edib. Rusiyalı hakimin idarə etdiyi matçlarda “İnter” qrupda “Ventspils”i 2:0 hesabı ilə məğlub etmişdi. Finalda isə Belarusiyanın “Şaxtyor” klubu ilə 0:0 edən “İnter” penaltilər seriyasında çempion olmuşdu.
Bezbordov ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində qarşılaşan “Yanq Boyz” – “Qarabağ” matçını da idarə edib. Həmin qarşılaşmada Riçard Almeydanın qolu Ağdam təmsilçisinə 1:0 hesablı qələbə qazandırmışdı.
saytlarin hazirlanmasi