Xəbər verdiyimiz kimi Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Maribor" - "Qəbələ" matçının hakimi macarıstanlı FİFA referisi Viktor Kaşşai olacaq.
Sportal.az xəbər verir ki, Kaşşai təmsilçilərimizdən “Neftçi”nin matçını idarə edib. 2005-ci ilin avqustunda Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşan “Neftçi” – “Anderlext” oyununu idarə edib. 5-ci dəqiqədə Belçika klubunun qapısına təyin olunan penaltini Vadim Borets qola çevirmişdi. Kaşşai sözügedən qarşılaşamda İqor Qetmanı, “Anderlext”dən isə Vinsent Kompanini sarı vərəqə ilə cəzalandırmışdı.
Kaşşai AVRO-2012-nin qrup mərhələsində idarə etdiyi İngiltərə - Ukrayna matçında kobud səhvə yol vermişdi. O, ukraynalı Marko Deviçin zərbəsindən sonra İngiltərə millisinin futbolçusu Con Terrinin topu qapı xəttini keçməsindən sonra çıxarmasını diqqətindən qaçırmışdı. Oyundan sonra təcrübəli referi səhvini boynuna alaraq üzr istəmişdi.
saytlarin hazirlanmasi